Bakıda əcnəbini qarət etdilər

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də əcnəbi vətəndaş Mohamed Abdulla Ahmed Ali Al-Alinin rayon ərazisində kirayədə yaşadığı evdən 300 dirhəm (138 manat) pul oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Rafik Cəlilov və Bakı şəhər sakini Roman Lyaxov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top