Sığorta şirkəti avtomobilə dəyən ziyanı tam ödəmir - Mingəçevirdə

Zəncirvari qəzaya düşən avtomobilin sahibinə dəyən ziyan sığorta şirkəti tərəfindən tam ödənilmir.

Hadisə Mingəçevir sakinin Rəşid Vəliyevin başına gəlib. Şəhər sakini “Vaz” markalı avtomobili qəzaya düşdükdən sora minik maşının şəkilləri çəkilərək ona 810 manat dəymiş ziyana görə pul ödənildiyini deyir. Sürücü isə bununla razılaşmır.

Avtomobilin sahibi Rəşid Vəliyev deyir ki, onun avtomobilinin alt hissəsi tam yarasz hala düşüb. O yenidən avtomobilə baxış keçirlib dəymiş ziyanın hesablanmasını istəyir.

Ödənilən məbləğin ustanın əl haqqı üçün çatmadığını deyən şəhər sakini probleminin həll ediləcəyinə ümüdlüdür.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top