Merkel “erməni soyqırımı” kompleksini ziyarət edib

Almaniya Kansleri Angela Merkel İrəvana səfəri çərçivəsində “erməni soyqırımı” memorial kompleksini ziyarət edib. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, əbədi məşəl önünə gül çələngi qoyub.

Lakin A. Merkel “erməni soyqırımı” muzey-instituna baş çəkməyib və buna görə də xatirə kitabına qeydlərini etməyib.

Xatırladaq ki, A. Merkel regiona səfəri çərçivəsində İrəvana ikigünlük işgüzar səfərə gedib. Qeyd edək ki, Almaniya Bundestaqının deputatları 2016-cı il iyunun 2-də “erməni soyqırımı”nı tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top