Tramp tərəfindən "təqib" edilən 47 şəxs - TAM SİYAHI

Son günlər mətbuatda "Trampın tviti" ifadəsinə tez-tez rast gəlmək olur. İnternet üzərindən axtarış verdiyimiz zaman "Trampın tviti" ifadəsilə başlayan onlarla xəbər başlığın rast gəlmək olur. Razılaşarsınız ki, son günlərin ən çox paylaşılan xəbərlərdən biri də "Trampın tviti" lirəni çökdürdü" başlıqlı xəbər oldu. Yeniavaz.com xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın öz fikirlərini dünyanın aparıcı sosial şəbəkələrdən biri olan "Tvitter" vasitəsilə paylaşmasıdır. "Tvitter" sosial şəbəkəsində paylaşılan və ən çoxu 140 işarədən ibarət olan bu ifadələr "tvit" adlandırılır. Hazırda Trampın "Tvitter" səhifəsi 54 milyona yaxın istifadəçi tərəfindən "təqib" olunmaqdadır. Bəs görəsən, dünyanın ən böyük iqtisadiyyatına rəhbərlik edən bu şəxs "Tvitter" sosial şəbəkəsində kimləri "təqib" edir? ABŞ prezidentinin "Donald J. Trump" adlı "Tvitter" səhifəsində yer alan məlumatdan belə görünür ki, hazırda Donald Tramp tərəfindən 47 istifadəçi "təqib" edilir. Trampın izlədiyi şəxsləri (səhifələr) əsasən 5 qrupa bölmək olar - Ailə üzvləri, iş yoldaşları, mətbuat təmsilçiləri, dostları və şirkətləri.

Tramp tərəfindən "təqib" edilən şəxslərin (səhifələr) tam siyahısını təqdim edirik:

Ailə üzvləri

1. "MELANIA TRUMP" (@MELANIATRUMP) - ABŞ prezidentinin 3-cü həyat yoldaşı. Onlar 2005-ci ildə evləniblər.

2. "Ivanka Trump" (@IvankaTrump) - Prezidentin böyük qızıdır.

3. "Donald Trump Jr." (@DonaldJTrumpJr) - Trampın böyük oğludur.

4. "Vanessa Tramp" (@MrsVanessaTrump) - Trampın gəlinidir. Aktrisa və model. Trampın böyük oğlunun həyat yoldaşı.

5. "Tiffani Tramp" (@TiffanyATrump) - Trampın ikinci həyat yoldaşından olan qızı. Müğənni və model.

6. "Eric Trump" (@EricTrump) - Trampın 3-cü övladı.

7. "Lara Trump" (@LaraLeaTrump) - Trampın gəlini, Trampın 3-cü övladı Erik Trampın həyat yoldaşıdı.

"Ağ Ev"ə bağlı olan və ya birbaşa Trampla birgə çalışmış şəxslər

8. "The White House" (@WhiteHouse) - "Ağ Ev"in rəsmi "Tvitter" səhifəsi.

9. "Vice President Mike Pence" (@VP ‏) - ABŞ-ın 48-ci vitse-prezidenti Mayk Pensin rəsmi səhifəsi.

10. "Mike Pence" (@mike_pence) - ABŞ-ın 48-ci vitse-prezidenti Mayk Pensin şəxsi səhifəsi.

11. "Official Team Trump" (@TeamTrump) - Trampın rəsmi "Tvitter" qrupu

12. "Reince Priebus" (@Reince) - 2017-ci ildə "Ağ Ev" administrasiyasının rəhbəri olub.

13. "Corey R. Lewandowski" @CLewandowski_) - Siyasi şərhçi.

14. "Dan Scavino Jr." (@Scavino45) - Trampın köməkçisi. Sosial media menceri, Trampın "Tvitter" səhifəsini idarə edən şəxs.

15. "Dan Scavino Jr." (@DanScavino ‏) - Trampın köməkçisi. Sosial media menceri - Trampın "Tvitter" səhifəsini idarə edən şəxs.

16. "Sarah Sanders" (@PressSec) ‏- "Ağ Ev"in mətbuat katibi.

17. "Kellyanne Conway" (@KellyannePolls) - Trampın məsləhətçisi.

18. "Michael Cohen" (@MichaelCohen212) - Trampın şəxsi vəkili olub.

19. "Katrina Pierson" (@KatrinaPierson) - Trampın keçmiş mətbuat katibi.

20. "Ronna McDaniel" (@GOPChairwoman) - Siyasətçi, Respublikaçılar Partiyasının üzvü.

21. "Brad Parscale" (@parscale ) - Seçki dövründə Trampın media məsələləri üzrə meneceri olub.

Media təmsilçiləri

22. "Geraldo Rivera" (@GeraldoRivera) - Jurnalist, yazıçı, TV aparıcısı.

23. "Piers Morgan" (@piersmorgan) - Trampın dostu, ABŞ-da məşhur televiziya aparıcısı.

24. "Ann Coulter" (@AnnCoulter) - Siyasi şərhçi, yazar.

25. "Laura Ingraham" (@IngrahamAngle) - TV aparıcısı.

26. "Sean Hannity" (@seanhannity) - "Fox News"da aparıcı.

27. "Bill O'Reilly" (@oreillyfactor) - "Fox News"in keçmiş əməkdaşı, cinsi təcavüz iddiaları səbəbindən TV-dən qovulub.

28. "Greta Van Susteren" (@greta) - Jurnalist, "Fox News"in əməkdaşı olub.

29. "FOX & Friends" (@foxandfriends) - "Fox News"da məşhur televiziya proqramı.

30. "Eric Bolling" (@ericbolling) - "Fox News"in keçmiş əməkdaşı, cinsi təcavüz iddiaları səbəbindən TV-dən qovulub.

31. "Drudge Report" (@DRUDGE_REPORT) - Xəbər saytı, məşhur "Bill Klinton və Moniko Levnski" qalmaqalı bu saytın "məhsulu" hesab olunur.

32. "Jesse Watters" (@jessebwatters) - "Fox News"in əməkdaşı.

33. "Tucker Carlson" (@TuckerCarlson) - "Fox News"in əməkdaşı.

34. "Mark Burnett" (@MarkBurnettTV) - TV aparıcısı.

Dostları və tanışları

35. "Diamond and Silk" (@DiamondandSilk) - Linnete Hardavey ("Diamond") və Roşelle Rikardson ("Silk") adlı video-bloggerlərin səhifəsi, Seçkidə Trampın əsas təbliğatçılarından olublar.

36. "Vince McMahon" (@VinceMcMahon) - Güləş Federesasiyasının (WWE) rəhbəri.

37. "Roma Downey" (@RealRomaDowney) -* Aktrisa, Mark Burnettin həyat yoldaşıdır.

38. "Katrina Campins" (@KatrinaCampins) - Trampın şirkətində çalışan keçmiş əməkdaş.

39. "Gary Player" (@garyplayer) - keçmiş professional qolfçu.

Trumpa məxsus bəzi şirkətlərin rəsmi səhifələri

40. "Trump Organization" (@Trump)

41. "Trump Golf" (@TrumpGolf)

42. "Trump Washington DC" (@TrumpGolfDC)

43. "Trump Charlotte" (@TrumpCharlotte)

44. "Trump National Doral" (@TrumpDoral)

45. "Trump Vegas Hotel" (@TrumpLasVegas)

46. "Trump Hotel Chicago" (@TrumpChicago)

47. "Trump Los Angeles" (@TrumpGolfLA)

DİGƏR XƏBƏRLƏR

Top