Azərbaycanlı hakim “Bordo”nun futbolçusunu qovdu


Azərbaycanlı futbol hakimi Əliyar Ağayev Avropa Liqasının pley-off matçları çərçivəsində Belçikanın “Xent” və Fransanın “Bordo” klublarının görüşünü idarə edib. Belçikadakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Ağayev bu görüşdə iki sarı və bir qırmızı vərəqə göstərib.

Həmin vərəqələr “Bordo” klubunun müdafiəçisi Jül Kundeyə göstərilib. Əliyar Ağayev 41-ci dəqiqədə ilk, 90+3-cü dəqiqədə isə ikinci sarı vərəqəni göstərməklə 19 yaşlı futbolçunu meydandan qovub.

Yeri gəlmişkən, futbolçunun ikinci sarı vərəqə alması “Bordo”nu razı salmayıb. Klubun rəsmi saytı futbolçunun topla oynadığını, burada təhlükəli oyun olmadığını və azərbaycanlı hakimin qərarının kifayət qədər mübahisəli olduğunu bildirib.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top