Merkel: Gürcüstana tələsik vəd vermək istəmirəm

Almaniya Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini fəal dəstəkləyir, lakin bu proses beş il ərzində başa çatmayacaq. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Tbilisidə tələbələrlə görüşən Almaniya Kansleri Angela Merkel deyib.

Onun sözlərinə görə, Almaniya Gürcüstanın Aİ-yə inteqrasiya prosesini dəstəkləməyə davam edəcək, bu, dinamik prosesdir: “Lakin eyni zamanda ölkənin Aİ-yə inteqrasiyasının tezliklə başa çatacağına dair tələsik vəd vermək istəmirəm”.

Xatırladaq ki, Gürcüstan 2014-cü ilin iyununda Brüsseldə Aİ ilə Assosiativ saziş imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top