ABŞ Meksika ilə sərhəddə divarın tikintisinə 3,5 milyard dollar xərcləyib

Amerika hökuməti miqrasiya problemini həll etmək üçün Meksika ilə sərhəddə divarın tikintisinə 3,5 milyard dollar xərcləyib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib: “Biz divar tikirik, inşaat artıq başlayıb, ona 3,5 milyard dollar xərcləmişik, bu ilin büdcəsindən 5 milyard dollar istəyirik”.

D. Tramp sərhəddə divarın tikintisinin daha sürətlə aparılmasının tərəfdarı olduğunu qeyd edib: “Lakin demokratlarla iş aparmaq çox çətindir”.

DİGƏR XƏBƏRLƏR

Top