Rusiyada dolların məzənnəsi bu ilin maksimum səviyyəsini yeniləyib

Moskva birjasında dolların məzənnəsi 69 qəpik artaraq 68,72 rubl səviyyəsinə çatıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, 2016-cı il aprelin 18-dən bəri ən yüksək göstəricidir.

Bununla da dolların məzənnəsi 2018-ci ildə qeydə alınmış maksimum səviyyəni yeniləyib. Belə ki, dolların məzənnəsi cari il avqustun 13-də 68,66 rubla yüksələrək ən yüksək həddə çatmışdı.

Avronun məzənnəsi isə 79,38 rubl səviyyəsinə yüksəlib ki, bu da əvvəlki hərraclardan fərlqi olaraq 0,61 faiz çoxdur. Rublun məzənnəsinin zəifləməsi Rusiya Mərkəzi Bankının Maliyyə Nazirliyi üçün daxili bazarda valyuta alması fonunda baş verir. Belə ki, Mərkəzi Bank nazirlik üçün 20,1 milyard rubl alıb.

DİGƏR XƏBƏRLƏR

Top