Rusiya sanksiyalardan qorunmaq üçün maksimum həcmdə qızıl alır

Rusiya ABŞ tərəfindən güclənən sanksiyalar şəraitində iyulda qızıl ehtiyatını 26,1 ton artırıb. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) son ay üzrə dərc etdiyi hesabatda deyilir.

BVF-nin məlumatına əsasən, Rusiya Mərkəzi Bankı (RMB) əlavə olaraq 26,1 ton qızıl əldə edərək öz ehtiyatlarını 2 170 tona çatdırıb: “Bununla da iyulun sonuna olan ümumi dəyər (monetar qızılın) 77,4 milyard dollara çatıb”.

Bildirilir ki, 26,1 ton qızılın əldə edilməsi Rusiyanın 2018-ci ildə ən böyük alışıdır. RMB sonuncu dəfə bu həcmdə qiymətli metalı 2017-ci ilin noyabrında alıb. Bununla yanaşı, Rusiya 2018-ci ilin aprel və may aylarında ABŞ hökumətinin qiymətli kağızlarına qoyuluşlarını kəskin azaldıb: 96,1 milyard dollardan (martda) 14,9 milyard dollaradək (may).

Rusiya ABŞ-ın sərtləşən sanksiyalarından özünü qorumaq üçün Amerika aktivlərindən yaxa qurtarır və qızıl alır, çünki qızıl hüquqi və siyasi risklərdən qorunmaq baxımından 100 faizlik zəmanətdir.

DİGƏR XƏBƏRLƏR

Top