“Forbes” ən çox qazanan aktyorların adını açıqladı

Corc Kluni “Forbes” jurnalının versiyasına görə 2018-ci ilin ən çox qazanan aktyoru olub. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, aktyor 2017-ci ilin iyunundan 2018-ci ilin iyununadək 239 milyon dollar qazanıb.

C. Kluninin gəlirlərini aktyorluq oyunundan başqa, tekila istehsalı üzrə əsasını qoyduğu “Casamigos Tequila” şirkətinin 1 milyard dollara satılması da artırıb. 2017-ci ildə “Forbes” jurnalının reytinqində birinci yeri Mark Uolberq tutmuşdu. Həmin vaxt onun illik gəliri 68 milyard dollar təşkil etmişdi.

Bu ilin ən çox qazanan aktyorları siyahısında ikinci yeri 124 milyon dollarla Dueyn Conson tutub. İlk üçlüyü isə kiçik Robert Dauni tamamlayır. O, il ərzində 81 milyon dollar qazanıb.

Xatırladaq ki, daha əvvəl verilmiş məlumata əsasən, “Forbes”ın versiyasına görə 2018-ci ilin ən çox qazanan aktrisası 40,5 milyon dollarla Skarlett Yohansson olub.

DİGƏR XƏBƏRLƏR

Top