Putin 9 azərbaycanlıya Rusiya vətəndaşlığı verdi

Rusiya Prezidenti Vladimir Putin 104 nəfərin Rusiya vətəndaşlığı aldığı fərman imzalayıb. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşlığı alanlar arasında 9 azərbaycanlı və 11 erməni də var.

Bundan başqa, Özbəkistanın 16, Moldovanın 14, Belarus və Tacikistanın 10, Ukrayna, Əfqanıstan və Vyetnamın 5, Gürcüstan və Qazaxıstanın 3, Fransa, İsrail və Türkiyənin 2, Kipr, Hindistan, İtaliya, ABŞ və Almaniyanın 1 sakini Rusiya vətəndaşlığı alıb.

Fərmana əsasən, həmin şəxslər Rusiya vətəndaşı andını içdikdən sonra vətəndaşlıq əldə edirlər. Yeniyetmələr bu baxımdan istisna təşkil edirlər, belə ki, onlar valideynlərinin and içməsi ilə eyni zamanda vətəndaşlığa daxil olurlar.

DİGƏR XƏBƏRLƏR

Top