Astanada azərbaycanlı zəncirvari yol qəzasına səbəb oldu

Astanada 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Tengrinews.kz” saytının verdiyi xəbərə görə, polisdə bildiriblər ki, qəzanın səbəbkarı Azərbaycan vətəndaşı Əliyev E.R olub.

“BMW markalı avtomobili idarə edən Əliyevə qarşı inzibatı qaydada iş qaldırılıb”, - polsidən bildiriblər. İş baxılmaq üçün artıq rayonlararası inzibati məhkəməyə göndərilib.

Bundan savayı Azərbaycan vətəndaşı icbari sığortadan yayındığına görə də qanun qarşısında cavab verməli olacaq.

(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top