Biz zibilliyə atırıq, xaricilər isə qabıqlarını da yeyirlər - Faydalarını bilirdinizmi?

Müntəzəm olaraq qida rasionumuza daxil etdiyimiz bir çox məhsullar, meyvə-tərəvəzlər var ki, onların qabığının faydalarını bilmədiyimiz üçün atırıq.

Halbuki onların qabıqlarını lazımınca dəyərləndirə bilsək, xeyir tapmış olarıq.

Yeniavaz.com xəbər verir ki, yumurta qabığı fosfor, maqnezium, kalium, natrium, dəmir, mis, silisium, amin turşuları ilə zəngindir.

Yumurta qabığı ürək və göz əzələlərinə müsbət təsir göstərir. Dırnaqları və saçları kövrək olanlar üçün yumurta qabığı çox xeyirlidir. Yumurta qabığını istifadə etmək üçün qurutduqdan sonra toz halına düşənə qədər üyütmək lazımdır.

Bananın özü qədər qabığı da faydalıdır. Banan qabığı dişləri ağardır, dəridəki qaşıntıları aradan qaldırır, topuq bölgəsində döyənək yaranmasının qarşısını alır, sızanaqları təmizləyir. Banan qabığı ilə ayaqqabıları da çox rahat təmizləmək olur.

Portağal qabığı da çox faydalıdır. Qurudulmuş portağal qabığından hazırlanmış çay bağırsağın fəaliyyətini tənzimləyir, həzmə yaxşı təsir göstərir, mədə pozğunluğunu aradan qaldırır. Portağal qabığında kalium, protein var. Portağal qabıqları həm də təbii ağardıcıdır.

Soğanın qabıqlarını da atmayın. Soğan qabığı dəri üçün olduqca faydalıdır. Ürək-damar xəstəlikləri, xərçəng, diabet, həzm sistemi üçün də soğan qabığından istifadə edə bilərsiniz.

Pomidorun da qabığı olduqca faydalıdır. Pomidor qabığı həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır.

Alma qabıqları ilə isə aliminium çaydan və qazanlardakı ləkələri təmizləmək olur. Bundan əlavə, alma qabıqları ilə üzü təravətləndirə bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top