Trampın köməkçisi: "Türkiyə Brunsonu azad etsə, böhran bitər"

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Türkiyə ilə yaşanan gərginlik və iqtisadi böhran barədə danışıb.

Bolton Türkiyədə terrora dəstək verməkdə ittiham edilərək həbs edilən ABŞ əsilli rahib Endryu Brunsonun azad edilməsinin zəruriliyini vurğulayıb və Türkiyənin böyük səhv etdiyini dilə gətirib:

"Türk höküməti rahib Brunsonu azad etməməklə böyük səhv edir və bu yanlış günbəgün böyüyür. Türkiyə NATO üzvü və Qərbin bir hissəsi olaraq Brunsonu azad etsə, böhran həllini tapar. Qətərin Türkiyəyə 15 milyard dollar yatırması, iqtisadiyyatı xilas etməyəcək".

(Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top