Nazim İbrahimovun qardaşı azadlığa buraxıldı

Adı böyük tikinti fırıldağına qarışan iş adamı Sahib İbrahimov azadlığa buraxılıb.

Məlumata görə, zərərçəkənlərdən 21 nəfərin pulu geri ödənilib.

Onu da bildirək ki, Sahib İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları mətbuatda yer almışdı. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildirirdilər.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır. S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

(Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top