Gürcüstan Ədliyyə Nazirliyi Rusiyadan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.
Lenta.ru xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin saytında məlumat verilib. Gürcüstan və Rusiya dövlətlərarası məhkəmə işinə 21 avqustda baxılıb.
Tiflis Rusiyadan İnsan Haqları Konvensiyasının bəzi maddələrinin pozulmasına görə, məsuliyyətini dərk etməsini tələb edib. Bildirilir ki, Rusiya davamlı işğal, tikanlı məftilin uzadılması və gürcü əhaliyə qarşı məqsədli kampaniya aparılmaqla konvensiyanın tələblərini pozur.
Bunlar, Avropa İnsan Haqları Konvensiyasının 2-ci ("Yaşamaq hüququ"), 3-cü (İşgəncələrin qadağan edilməsi), 5-ci ("Azadlıq və təhlükəsizlik hüququ") 8-ci ("Şəxsi və ailə həyatına hörmət hüququ") və 13-cü ("Müəllif hüquqlarının müdafiəsi hüququ"), 14-cü ("Ayrıseçkiliyin qadağan edilməsi"), 18-ci ("Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri"), 1-ci protokolun 1-ci ("Əmlak hüququ"), 2-ci ("Təhsil almaq hüququ"), həmçinin 4-cü əlavə protokolun 2-ci ("Toplaşmaq hüququ") maddələridir.
Gürcüstan Ədliyyə Nazirliyindən bu tələblərin pozulmasının ayrıseçkiliyə səbəb olduğu və bunun etnik gürcülərin Abxaziya və Cənubi Asetiyaya geri qayıtmalarına əngəl törətmək məqsədi daşıdığı bildirilib.
(Qaynarinfo.az)