
Cənubi Koreya Prezidentinin Administrasiyası yarımadaya güclü qasırğanın yaxınlaşması ilə əlaqədar olaraq ölkədə Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin fəaliyyətə başladığını bəyan edib.
RİA Novosti xəbər verir ki, Koreya Dövlət Meteorologiya İdarəsinin məlumatına görə, “Soulik” adlı qasırğa Cənubi Koreyaya cümə axşamında çatmalıdır. Qasırğa altı ildə ilk dəfə olaraq yarımadanın ərazisindən keçəcək.
Ryonhal agentliyinin əvvəlki məlumatında bildirilib ki, ölkə rəhbərliyi qasırğanın nəticələrinin minimuma endirilməsi üçün aidiyyəti qurumları bütün mümkün tədbirləri görməyə çağırıb.
(AZƏRTAC)
Tətbiqimizi yükləyə bilərsiniz