İŞİD əsirliyindən xilas olunan 23 yaşlı Nadia nişanlandı

2014-cü ildə İŞİD terror qruplaşması tərəfindən İraqdakı kəndindən qaçırılıb kölə kimi istifadə edilən yezidi fəalı Nadia Muraddan yeni xəbər var.

“Vətən” qəzetinin verdiyi məlumata görə, İraqın şimal-qərbində qaçırılan 7 min qadın və qızdan biri olan Murad aylarla terrorçular tərəfindən təcavüz və işgəncəyə məruz qalmışdı.

12 ay əsirlikdə qalan Nadia Mosul şəhərində İraq ordusu tərəfindən xilas edildikdən sonra kəndinə qayıtmış və təntənəli mərasimlə qarşılanmışdı.

O, azadlığa qovuşduqdan sonra “Nobel” sülh mükafatına namizəd olmuş, aktyor Corc Kluninin həyat yoldaşı, vəkil Amal Kluninin təşəbbüsü ilə BMT-də yaşadıqlarını anlatmış, bir kitab yazmış və BMT-nin xoşməramlı səfiri seçilmişdi.

23 yaşlı qız hazırda BMT-nin Narkotik və Cinayət Şöbəsində (UNODC) işləyir və insan ticarətinin qurbanlarının problemləri ilə maraqlanır.

O, ailəsi ilə birlikdə Almaniyaya köçdükdən sonra bu yaxınlarda Abid Şamdin adlı oğlanla nişanlanıb.

(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top