Mənzil bazarında vəziyyət necədir? VİDEO

İlin əvvəlindən indiyədək mənzil bazarında 5 faiz bahalaşma müşahidə edilir.

Yeniavaz.com “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, əmlak əksperti Nüsrət İbrahimovun sözlərinə görə, bahalaşma daha çox köhnə mənzillərdə yaşanır.

N. İbrahimov deyir ki, qiymət artımına ilkin mənzil bazarında daha çox rast gəlinir.

Evlərin bahalaşmasının müxtəlif səbəbləri var. İlk növbədə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, ikinci səbəb tikinti materiallarının qiymətinin artmasıdır

Ekspert qeyd edir ki, hər kvadratmetr tikinti sahəsinə düşən boş torpaq sahəsində ildən-ilə azalma var. Bu da öz növbəsində satılan mənzillərin qiymətini qaldırır.

Şəhərin mərkəzindəki mənzillərin qiymətində heç bir dəyişiklik yoxdur. Qiymət dəyişikliyi kütləvi yaşayış məntəqələri sayılan üçüncü zonada baş verib.

Ekspertlər bahalaşmanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar.

Mənzil

DİGƏR XƏBƏRLƏR

Top