
ABŞ-ın Maliyyə Nazirliyi Amerika sanksiyalarının səmərəliliyini qiymətləndirib və hesablayıb ki, tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində əcnəbi investorlar Rusiya iqtisadiyyatına qoyuluşlarını xeyli azaldıblar. Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bildirib ki, 2013-cü ildən etibarən Rusiyaya qoyulan ümumi birbaşa xarici sərmayələr 5 faizdən çox azalıb. Eyni dövr ərzində ABŞ-dan yatırılan sərmayələr isə 80 faiz aşağı düşüb.
ABŞ maliyyə nazirinin köməkçisi Marşall Bilinqslinin sözlərinə görə, apreldə tətbiq edilmiş sanksiyaların təsiri dərhal özünü göstərib: “Rusiyanın 27 ən zəngin insanının sərvəti bir gün ərzində 16 milyard dollar azalıb, Moskvada ticarət aparılan səhmlər 4 il ərzindən ən dərin eniş yaşayıb, rubl isə 2016-cı ilin sonundan bəri minumum səviyyəyədək zəifləyib”.
Tətbiqimizi yükləyə bilərsiniz