“Qarabağ”ın futbolçusu milliyə çağırıldı

“Qarabağ”ın futbolçusu milliyə çağırıldı

“Qarabağ”ın bolqarıstanlı legioneri Simeon Slavçev ölkəsinin milli komandasına dəvət alıb.

Bolqarıstan yığmasının baş məşqçisi Peter Hubçev Slavçevə dəvət UEFA Millətlər Liqasında Sloveniya və Norveçlə oyunlar üçün göndərib.

Bolqarlar sentyabrın 6-da Sloveniya ilə səfərdə, sentyabrın 9-da isə Norveçlə evdə qarşılaşacaq.

Qeyd edək ki, Slavçev millisdə 2013-cü ildən bu yana 17 matç keçirib. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top