Türkiyədə həbsdə olan rahib Bransonun istəyi yerinə yetirildi

Terrorçuluğa dəstək və casusluq etmək ittihamları üzrə 2016-cı ildən Türkiyədə həbsdə saxlanılan amerikalı rahib Endryu Bransonun istəyi yerinə yetirilib.

Yeniavaz.com-un DHA-ya istinadən verdiyi məlumata görə, barəsində 35 il həbs cəzası istənilən rahib idman etmək etmək üçün qaçış cığırı istəyib.

Səhhətindəki problemlərə görə iyulun 25-də ev həbsinə məhkum edilən E. Bransonun bu istəyi prokurorluğun müvafiq təsdiqindən sonra yerinə yetirilib.

Qaçış cığırının rahibin qaldığı evə gətirilərək qurulduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top