Sumqayıtda "lift pulu" sakinlərin istəyinə görə qaldırılıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə Sumqayıtda hündürmərtəbəli binalarda lift xidməti üçün aylıq ödənilən abunə haqqının artırıldığı ilə bağlı informasiyalar yayılıb. Bildirilir ki, abunə haqqı 1 manatdan 2 manata qaldırılıb. Yeniavaz.com xəbər verir ki məsələ ilə bağlı Sumqayıt şəhər "Lift-servis” Birliyinin rəisi Cümşüd İsmiyev Xeberle.com-a bunları deyib: "Şəhər rəhbərliyinin göstərişi ilə Sumqayıtın həm yaşayış evlərində, həm də sosial obyektlərində liftlər yenilənib. Yaşayış binalarında sakinlərdən liftdən istifadə üçün 1 AZN məbləğində aylıq ödəniş yığılır. Birinci mərtəbədə yaşayan sakinləri çıxmaq şərti ilə bütün vətəndaşların ödəməli olduğu məbləğin yığımında birliyin əməkdaşları çətinlik çəkir. Yaşayış binalarında liftdən istifadəyə görə abonentlərin yalnız 60 faizindən ödənişi toplamaq olur. Binaların 2-3-cü mərtəblərində yaşayanlar ödənişi etməkdən boyun qaçırırdı. Biz də məcbur qalıb liftləri saxladıq. Yuxarı mərtəbələrdə yaşayan sakinlər özləri könüllü olaraq aşağı mərtəbədə yaşayan vətəndaşların da əvəzinə olaraq 2 AZN məbləğində ödəniş edirlər. C.İsmiyev onu da qeyd etdi ki, rəsmi olaraq liftdən istifadəyə görə ödəniş haqqı artırılmayıb.
Qeyd edək ki, Sumqayıtın bəzi mikrorayonlarda artıq 3 aydır ki, 1.40 manat lift pulu istənilir.

DİGƏR XƏBƏRLƏR

Top