Yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il 5% yüksəlib. Yeniavaz.com "ICTnews" Elektron Xəbər Xidmətinə istinadən bildirir ki, internetə çıxış imkanına malik olan smartfonların satış həcmi 2% artım səviyyəsində olub ki, bu da aşağı göstəricidir.
Materialın müəllifləri bildiriblər ki, belə tendensiyanın səbəblərindən biri alıcıların gün ərzində sosial şəbəkələrə girişdən uzaq olmaq istəyidir.