88 yaşlı məcburi köçkün çıxılmaz vəziyyətdə qalıb - FOTOLAR

Mingəçevir şəhəri K. Hüseynov ünvanında, həyət evində yaşayan Laçın rayonundan məcburi köçkün Mənzər Məmmədova çıxılmaz vəziyyətdə qalıb.

Kimsəsiz yaşayan 88 yaşlı xəstə qadın Yeniavaz.com saytına bildirib ki, evinin üstünə iri ağac gövdəsinin qırılıb düşməsi nəticəsində onsuz da köhnə olan evinin damı yarasız vəziyyətə düşüb.

Üstəlik, qırılan ağac gövdəsi damın üstündəki elektirik naqillərini sıradan çıxarıb.

Problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevirdəki nümayəndəsinə məlumat verilib, lakin problem öz həllini tapmayıb.

M. Məmmədova “Qaçqınkom” nümayəndəsinin biganəliyindən şikayətlənib: “Mənə deyir ki, “gəl vur, başımı yar, mən neyləyim sənin problemin var”.

Kiçik daxmada köməksiz vəziyyətdə yaşayan Mənzər nənə aidiyyəti qurumların ona kömək edəcəyi günü gözləyir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top