
Türkiyə ABŞ-dan rahib Endryu Bransonun azadlığa buraxılması müqabilində “Halkbank” haqqında istintaqın dayandırılmasını istəyib. Yeniavaz.com-un BBC-nin türk xəbərlər xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “Wall Street Journal” qəzetinə Ağ evin yüksək vəzifəli nümayəndəsi deyib.
Onun sözlərinə görə, Vaşinqton Ankaranın bu təklifini qəbul etməyib və üstəlik “terrorçuluqda” ittiham edilən digər ABŞ vətəndaşları ilə birlikdə Amerika hökumətinə işləyən 3 türk vətəndaşın da azad edilməsini tələb edib.
Adı açıqlanmayan nümayəndə deyib ki, E. Branson azadlığa buraxılmayanadək “Halkbank”a qarşı cəzalar daxil olmaqla, iki ölkə arasında mübahisəyə səbəb olan digər mövzular müzakirə edilməyəcək. Xatırladaq ki, “Halkbank” ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunur.
Ağ evin nümayəndəsi əlavə edib ki, hər şeydən əvvəl NATO üzrə həqiqi müttəfiq E. Bransonu həbs etməzdi. Bildirilir ki, Ankara “Halkbank”ın cəzalarının aradan qaldırılması ehtimalını müzakirə etməzdən əvvəl ABŞ-dakı qanuni prosesə tam mənasıyla tabe olmalıdır.
Qeyd edək ki, rahib E. Branson 2016-cı ildən Türkiyədə həbsdə saxlanılır.
Tətbiqimizi yükləyə bilərsiniz