ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum edən 2 nəfər saxlanıldı

Türkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum edən iki şübhəli şəxsi saxlayıb. Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxslər silah və avtomobilləri ilə birlikdə saxlanılıb.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub. Səfirliyə ağ rəngli minik avtomobilindən 4-5 dəfə atəş açılıb. Ölən və yaralanan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top