Ermənistanın sabiq baş nazirinin sürücüsü də tutuldu

Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın sürücüsü Ambik Gevorkyana qarşı ittiham irəli sürülüb.

Yeniavaz.com bildirir ki, virtualaz.org-un yerli KİV-ə istinadən verdiyi xəbərə görə, o, qanunsuz odlu silah saxlamaqda günahlandırılaraq həbs olunub.

A.Gevorkyana 2008-ci il martın 1-də Yerevan şəhərində 32 nəfərin həlak olması ilə yadda qalan hadisələrlə bağlı cinayət işi açılıb.

Onun evində axtarışlar zamanı 3 zirehli texnika, 7 snayper, 2 tapança və çoxlu sayda sursat aşkar edilərək götürülüb.

Xatırladaq ki, bundan əvvəl Ovik Abramyanın qardaşı, keçmiş millət vəkili Henrix Abramyan qanunsuz silah saxlamaq ittihamı ilə saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top