Ermənistanın müdafiə naziri Rusiyaya gedib

Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib.

Bu barədə "Sputnik-Ermənistan" xəbər yayıb.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti "Armiya-2018" beynəlxalq hərbi-texniki forumun və "Milli təhlükəsizlik həftəsi" forumunun açılış mərasimində iştirak edəcək.

Ermənistan müdafiə naziri səfər zamanı həmçinin bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir.(Report)

DİGƏR XƏBƏRLƏR

Top