Türkiyə və İndoneziya silkələndi

Türkiyənin Kahramanmaraş vilayətinin Andırı rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Yeniavaz.com xəbər verir ki, insanlar arasında təlaşa səbəb olan yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub. Dağıntı və xəsarət alanlar olmasa da əhali bir müddət küçə və meydanlarda qalıb.

Qeyd edək ki, bu gün İndoneziyanın Lombok adasında da zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təbii fəlakət 6,9 bal gücündə olub.

Xatırladaq ki, avqustun 5-də Lombok adasında 7 bal gücündə zəlzələ baş verib və 436 nəfər həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top