Azərbaycana idxal olunan benzinin qiyməti artdı

Xaricdən Azərbaycana idxal olunan Premium və Super Premium markalı benzinin qiyməti artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.

Hazırda yanacaqdoldurma məntəqələrində Premium (Ai-95) markalı benzin 1.50 AZN-ə təklif olunur (əvvəl 1.25 AZN).

Super Premium (Ai-98) markalı benzinin qiyməti isə 10 qəpik artaraq, 1.60 AZN təklif edib.
Qiymət artımı yalnız ölkəyə idxal olunan benzin markalarında qeydə alınıb.

Daxili istehsal olan Ai-92 markalı benzin qiyməti isə dəyişməz qalaraq, 1 litrə görə 90 qəpik təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top