Mingəçevirdə məcburi köçkünlər təhlükə ilə üz-üzə - VİDEO - FOTOLAR

Yay bitməsinə az müddət qalsa da Mingəçevirdə ilanlar azalmır.

Sürünənlər Mingəçevirin keçmiş turist bazası adlanan "Turbaza" deyilən ərazisində yaşayan məcburi köçkünlərin çağırılmamış qonağına çevrilib.

Sakinlər öz yaşadıqları evdə uzunluğu 1 metrdən artıq olan ilanı azyaşlı körpəyə hücum edən zaman öldürüblər.

Ev sahibin sözlərinə görə, yay aylarında həyətdə ilanlar daha çox gözə dəyir.

Sakinlər Yeniavaz.com saytına bildirir ki, 20 ildən artıqdır Mingəçevirin "Turbaza" adlanan ərazisində məskunlaşıblar. Ağdam, Laçın və Kəlbəcərdən olan məcburi köçkünlər sürünənlərin aktivləşməsindən narahatdırlar. Zərhərli canlılar hər an sakinlərə zərər vura bilər. Ərazidə yaşayanlar havaların nisbətən soyumasına baxamyaraq da ilanların yaşadıqları məkandan əl çəkmədiklərini deyirlər. Sakinlər bildirirlər ki, hər gün sürünənlərlə evdə rastlaşırlar. Daha çox yaşıl və boz ilanın çox olduğu bildirilir.

Sakinlər sürünənlərdən qorunmaq üçün pəncərə, qapıya yaxın hissələrə müxtəlif alətlər lapatka, balta qoymaqla qorunmağa çalışırlar. Məsələ ilə bağlı adiyyatı qurumlara müraciət olunub. Sakinlər bildirir ki, yerli "Qaçqınkom"un nümayəndələri onların problemlərilə maraqlanmır.

Esmira Hidayətova, Mingəçevir

VİDEO

DİGƏR XƏBƏRLƏR

Top