Tramp Ağ evdə arvadının seçdiyi mebeli dəyişib

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melanyanın Ağ evdə seçdiyi mebeli dəyişib.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Prezident qərara gəlib ki, daha çox xoşuna gələn müvafiq mebeli özü seçəcək.

D. Trampın keçmiş model və dizaynla məşğul olan üçüncü həyat yoldaşı Melanya iyunda Ağ evə köçməzdən əvvəl hələ Nyu-Yorkdakı Tramp qülləsində yaşayarkən müvafiq mebeli seçmişdi.

Bildirilir ki, ər və arvadın zövqləri üst-üstə düşməyib. Buna görə də milyarder əşyaların bəzilərini daha çox özünün xoşuna gələnlərlə əvəzləyib. Lakin ölkənin birinci xanımının mətbuat katibi Stefani Qrişem bu məlumatı təkzib edərək deyib ki, Melanya yeni interyerin seçilməsində iştirak edib: “Onlar dekoru birlikdə seçiblər”.

Xatırladaq ki, 46 yaşlı Melanya 2005-ci ildən D. Trampın həyat yoldaşıdır. O, Sloveniyada anadan olub, 16 yaşından model biznesi ilə məşğul olur. Sloveniya Universitetində dizayner ixtisasına yiyələndikdən sonra 1996-cı ildə Nyu-Yorka köçüb.

DİGƏR XƏBƏRLƏR

Top