Bülent Arınç AKP-nin qurultayından gileyləndi: məni 1 saniyəlik belə göstərmədilər

Türkiyə parlamentinin keçmiş sədri Bülent Arınç Ədalət və İnkişaf Partiyasının (AKP) tarixindən bəhs edən 16 dəqiqəlik filmdə onu görsətmədiklərinə görə gileylənib. Yeniavaz.com-un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, AKP-nin bu gün keçirilmiş qurultayını dəyərləndirən siyasətçi “filmdə bir saniyəlik epizodda belə görünmədik” deyərək şikayətlənib.

B. Arınç bildirib: “14 dəqiqə davam edən ekran işində yola birlikdə çıxdıqlarımla bir görüntü belə görmədim. Onlardan biri mənəm. Buna məyus olmadımmı? Məyus oldum. Bəs mən kiməm? Bu partiyanı quran üç nəfərdən biriyəm. 70 qurucu var, bunların 53-ü millət vəkilidir, ancaq fotoşəkillərdə ən çox biz üçümüz (Abdulla Gül, Rəcəb Tayyib Ərdoğan, Bülent Arınç) görünürük. Bu 16 dəqiqəlik filmdə mənim 1 saniyəlik görüntüm yer almamalıydımı? Bunun qəbahəti əsla Ərdoğan deyil. Mən onun vəfalı olmasının şahidiyəm. Bunu hansı agentlik hazırladısa, qəbahət də ondadır”.

B. Arınç AKP-nin qurultayına Türkiyənin 11-ci Prezidenti A. Gülün qatılmamasına da münasibət bildirib: “Hörmətli Gül ona qarşı edilən bəzi haqsızlıqları partiya baxımından hələ də bağışlamıya bilər. Hörmətli prezidentimiz ona jest edərək dəvət edərsə - yeməyə, ailə ziyarətinə - zənn edirəm ki, onun da gedəcək başqa bir yeri yoxdur. Bizim üçün AKP-dən başqa partiya, Ərdoğandan başqa isim yoxdur. Ancaq Gülə qarşı edilən haqsızlıqların da çox böyük olduğunu deməliyəm. Ona etiraz olaraq bu cür davrandığını düşünürəm”.

DİGƏR XƏBƏRLƏR

Top