Kofi Annan vəfat etdi

BMT-nin baş katibi Kofi Annan vəfat edib.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının “Twitter”dəki mikrobloqunda deyilir.

Məlumatda bildirilir: “Bu gün biz böyük insanı, lider, BMT-nin keçmiş baş katibi Kofi Annanı itirdiyimizə görə kədərlənirik”. K. Annan İsveçrənin Bern şəhərindəki xəstəxanaların birində ölüb.

Siyasətçi 81 yaşında dünyasını dəyişib. Qeyd edək ki, K. Annan BMT-nin baş katibi vəzifəsinə gətirilən ilk afrikalıdır. O, 1996-2007-ci illərdə bu vəzifədə çalışıb.K. Annan 2001-ci ildə Nobel sülh mükafatını alıb.

DİGƏR XƏBƏRLƏR

Top