Bakıda 510 min manata gəmi satılır

Gələn ayın 18-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək hərracda satışa gəmi çıxarılacaq. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, 1976-cı il istehsalı olan və "Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə" ASC-yə aid “Kapitan Rəcəbov” adlı buzqıran gəmisinin start qiyməti 510 min manat olacaq.

Qeyd edək ki, hərracda iştirak etmək istəyənlər 51 min manat beh ödəməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top