Venesuela hakimiyyəti avqustun 20-də gözlənilən denominsiyadan əvvəl ölkədə minimum əmək haqqını onlarla dəfə artırıb və minimum gəliri özünün petro kriptovalyutasına bağlamaq qərarına gəlib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, denominasiya zamanı Venesuelada əskinaslardan beş sıfır götürüləcək. Yeni valyuta “suveren bolivar” adlanacaq.
Venesuela Prezidenti Nikolas Maduro məsələ ilə bağlı deyib: “Mən petroya bağlı yeni minimum məvacibi tətbiq etmək qərarına gəldim və buna görə də hamı üçün minimum maaşı 1800 suveren bolivar və ya 0,5 petro səviyyəsində təsbit etdim”. Bundan başqa, o, əlavə dəyər vergisinin 12 faizdən 16 faizədək atırıldığını elan edib.
Açıqlanan dəyişikliklər nəzərə alınmaqla Venesuelada minimum əmək haqqı mövcud 3 milyon bolivardan təqribən 60 dəfə artacaq. Müqayisə üçün hazırda qara bazarda ABŞ dollarının qiyməti 6 milyon barelə yaxınlaşıb.