Məzuniyyətə görə iş yerində 6 nəfəri güllələdi, daha sonra intihar etdi

Türkiyənin Ərzincan əyaləti Tərcan şəhər Müftiliyində məzuniyyət üstündə baş verən mübahisə qətliama səbəb olub.

Yeniavaz.com xəbər verir ki, avqustun 17-də Müftilikdə müqavilə ilə çalışan Fatih Aslan məzuniyyət barəsində mübahisə etdiyi Müfti Vəkili Ersin Kanı tapanca ilə vurub. Ersin Kan elə hadisə yerində həyatını itirib. Daha sonra yan otağa keçən F.Aslan burada iclas keçirən Müftilik işçilərinə atəş açıb. Burada da 1 nəfəri öldürüb, 4 nəfəri yaralayan cinayətkar öz başına atəş açaraq intihar edib. Yaralılar xəstəxanaya çatdırılsa da onlardan yalnız ikisinin həyatını xilas etmək mümkün olub. İntihar edən F.Aslan da xəstəxanada həyatını itirib.

Qeyd edək ki, həyatını itirənlərdən ikisi və hadisədən sağ çıxanlar məscid imamlarıdır.

DİGƏR XƏBƏRLƏR

Top