Tramp: Türkiyə özünü pis aparır

Rahib Endryu Bransonu saxlayan Türkiyə “dostcasına” davranmır. Bunu jurnalistlərə ABŞ prezidenti Donald Trampdeyib.

“Hesab edirəm ki, Türkiyə özünü çox pis aparır. Biz buna dözmək niyyətində deyilik. Məsələ hələ bitməyib”, - dövlət başçısı deyib.

Qeyd edək ki, bu gün İzmir məhkəməsi terrorçulara yardım etməkdə ittiham olunan amerikalı rahib Endryu Bransonu ev dustaqlığından azad etməyib.

Bu, Bransonun vəkilinin məhkəmənin qərarının dəyişdirilməsinə göstərdiyi sayca üçüncü cəhddir. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top