Pakistanda yeni Baş nazir seçildi

Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları ölkənin yeni Baş nazirini seçiblər. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, deputatlar səsvermə zamanı İmran Xanın namizədliyini dəstəkləyiblər.

İ. Xan “Təhrike İnsaf” mərkəzçi partiyanın lideridir. 65 yaşlı siyasətçinin namizədliyini 176 deputat dəstəkləyib. Onun əsas rəqibi olan “Pakistan müsəlman liqası” partiyasının keçmiş başçısı Şebhaz Şərif səslərin 96 faizini toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top