Türkiyə “iPhone”a qarşı “Vestelcell” istehsal edəcək

Türkiyənin “Türk Telekom” və “Vestel” şirkətləri birgə əməkdaşlıq çərçivəsində “Vestelcell” smartfonunu istehsal edəcəklər.

Yeniavaz.com-un “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın elektron mallarının əvəzinə yerli mallardan istifadə etmək çağırışından sonra şirkətlər bu addımı atıblar.

Əməkdaşlıq çərçivəsində “Vestel” şirkəti mindən çox mağazasında “Vestel Venus” smartfonlarının satışını “Vestelcell mobil” markası ilə satacaq. Satışlar “Türk Telekom”un strukturları vasitəsilə həyata keçiriləcək. “Vestelcell” və “Vestel Venus” smartfonlarının satışına ilin sonunda başlanması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top