Azərbaycanda vəfat edənlərin əksəriyyətinə "dəfn pulu" verilməyib

Bu ilin ilk yarısında Azərbaycanda 29 min 292 nəfər dünyasını dəyişib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində dəfn üçün müavinət alan şəxslərin sayı vəfat edən şəxslərin cəmi 5,3%-nə bərabər olub. Yəni vəfat edənlərin 94,7%-i dəfn üçün müavinət almayıb.

Belə ki, ilin ilk 6 ayı ərzində ölkədə 29 min 292 nəfər dünyasını dəyişsə də yalnız 1541 şəxsə dəfn üçün müavinət ayrılıb. Dəfn üçün ayrılan müavinətin 1 nəfərə düşən məbləği isə 140 manat 65 qəpik olub. Bu isə o deməkdir ki, 6 ay ərzində dəfn üçün 216,7 min manat ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top