Xaricdən gətirilən kondisioner və soyuducuların qiyməti və sayı AÇIQLANDI

Bu ilin yanvar-iyun aylarında xarici ölkələrdən Azərbaycana 17 milyon 728 min dollar dəyərində 72 min 10,6 ədəd kondisioner gətirilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, idxalı olunan kondisionerin bir ədədinin orta gömrük dəyəri 243 dollar (414 manat) olub. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk yarısında ölkəyə gətirilən kondisionerlərin miqdarı 20,4%, ümumi dəyəri isə 35,2% artıb.

Bu dövürdə ölkəyə gətirilən soyuducuların miqdarı isə kəskin artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk yarısında ölkəyə gətirilən soyuducuların miqdarı 2,2 dəfə artaraq 14 min 81 olub. Bir ədəd soyuducunun orta qiyməti isə 272 dollar (463 manat) təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top