
ABŞ və Türkiyə arasında münasibətlərin gərginləşməsi təkcə amerikalı rahibə görə baş vermir.
Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu deyib.
Onun sözlərinə görə, Almaniya Kansleri Angela Merkel Deniz Yücelin azad edilməsini istəyəndə dərhal onu buraxdılar: “Sonra da hüququn aliliyindən, məhkəmə azadlığından danışırlar. Qarğalar da buna gülər. Yunanıstanı da misal göstərmək olar. Niyə yunan əsgərlər azad edildi? Ərdoğan və Tramp inad edirlər. Bunun da əvəzini Türkiyənin 80 milyon əhalisi ödəyir. Xarici siyasətdə diplomatiya dilini önə çəkmək lazımdır. Axırıncı dəfə ABŞ-a bürokratlar getdilər, çünki siyasətçilərə artıq etibar edilmir, siyasi qurum iflas edib. Rahib məsələsi baş verəcək böhranı qabaqladı. Bu hadisənin rahiblə əlaqəsi yoxdur, daha dərin köklərə gedib çıxır. Ərdoğan böhranın baş verəcəyini əvvəlcədən çox yaxşı bilirdi. Seçkiləri niyə qabağa çəkdi? Önə çəkərək bu işi tamamlayaraq MHP ilə razılığa gəldi”.
Tətbiqimizi yükləyə bilərsiniz