Tramp: ABŞ Türkiyə üzrə qənaət edəcək

Vaşinqton Türkiyədə ev həbsində olan amerikalı rahib Endryu Bransonun azad edilməsinə görə Ankaraya heç nə ödəməyəcək.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ bunun əvəzinə Türkiyə üzrə qənaət edəcək: “Türkiyə uzun illərdir ABŞ-dan öz maraqları üçün istifadə edir. Onlar bizim gözəl xristian rahibi saxlayırlar.. Biz günahsız adamın azad edilməsinə görə heç nə ödəməyəcəyik və Türkiyə üzrə qənaət edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top