Koçaryandan Paşinyana xəbərdarlıq: Rusiya ilə bu dildə danışmaq olmaz

Ermənistanın Baş naziri Nikol Paşinyanın “bütün dünya Ermənistana, respublikamızdakı yeni vəziyyətə uyğunlaşmalıdır” sözləri məni narahat edir. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin ikinci prezidenti Robert Koçaryan deyib.

Onun sözlərinə görə, bu məsələdə o cümlədən Rusiya barədə deyilir: “Lakin Rusiya onunla bu dildə danışıla biləcək ölkə deyil. O bizim strateji tərəfdaşımızdır və bu strateji tərəfdaş olmadan təhlükəsizliyimiz təhdid altında olacaq. Məsələn, konsensus sazişinə görə Rusiya dəmir yollarının idarəçiliyinə verilən dəmir yolu ilə bağlı hadisəni göstərmək olar. Hazırda baş verənlər məntiq çərçivəsindən kənara çıxır”.

R. Koçaryan bildirib ki, insanların geosiyasi vəziyyətin həqiqi təhdidlərini təsəvvür edə bilmədiklərinə dair təəssürat yaranır: “Bir şeyi bəyan edirlər, lakin təcrübədə digər addımlar atırlar. Belə məsələlərlə zarafat etmirlər. Bu məsələlərdə daha ehtiyatlı olmaq lazımdır. Və bütün bunlar məni çox narahat edir”.

DİGƏR XƏBƏRLƏR

Top