ABŞ Türkiyəyə qarşı yeni sanksiyalara hazırlaşır

Türkiyə hakimiyyəti amerikalı rahib Endryu Bransonu həbsdən azad etməsə, Vaşinqton bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens ötən gün Türkiyəyə “Trampın səbrini sınamamaq” barədə xəbərdarlıq edib və E. Bransonu azadlığa buraxmağı çağırıb.

2016-cı ildə casusluq və terrorçulara dəstək ittihamı üzrə Türkiyədə saxlanılan E. Bransonun işinə görə Ankara-Vaşinqton münasibətləri daha da kəskinləşib. ABŞ Maliyyə Nazirliyi avqustun əvvəlində Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül və Daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edərək onları insan haqlarını pozmaqda ittiham edib.

Ötən həftə türk lirəsinin məzənnəsi tarixi minimum səviyyəyə çataraq 1 dollar 7 lirədən artıq bahalaşıb. Bu, ABŞ Prezidenti Donald Trampın Türkiyədən idxal olunan alüminium və poladın gömrük rüsumlarını müvafiq olaraq 20 faiz və 50 faiz qaldırdıqdan sonra baş verib. İlin əvvəlində məzənnə 1 dollara görə təqribən 3,7 lirə təşkil edirdi.

Buna cavab olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü idxal edilən bir sıra Amerika mallarının rüsumlarını kəskin artırılmasına dair fərman imzalayıb. Dəyişikliklərə uyğun olaraq, idxal rüsumları təqribən iki dəfə artırılıb.

DİGƏR XƏBƏRLƏR

Top