Əhali nə qədər kasıblayıb?

Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6% artaraq 20,1 milyard manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,9% üstələyərək 10 milyard 21,1 milyon manata çatıb.

Komitə eyni zamanda bildirir ki, bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz bahalanıb.

Açıqlanan rəqəmlərə baxıldığı zaman açıq şəkildə görünür ki, bu ilin ilk 7 ayında istehlak məhsullarının qiymətləri əhalinin xərcləmələrindən daha çox artıb. Bu o deməkdir ki, 2017-ci ilin ilk 7 ayında 1000 manatlıq ərzaq alan hər hansı bir şəxs bu ilin ilk 7 ayında eyni miqdarda ərzağı ala bilməyib.

Belə ki, ötən ilin ilk yarısında dəyəri 1000 manat olan ərzaq bahalanaraq bu ilin ilk yarısında 1028 manat olub. Buna paralel olaraq ötən ilin ilk yarısında ərzaq üçün 1000 manat xərcləyən həmin şəxs bu il 1019 manat xərcləyib. Bu da o deməkdir ki, həmin şəxs ötən ildən fərqli olaraq bu il 9 manat dəyərindəki məhsulu ala bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top