Barama istehsalı son 20 ilin ən yüksək səviyyəsinə çatıb

Bu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 100,2 milyon manat təşkil edib ki, onun da 2 milyar 86 milyon manatı heyvandarlıq, 2 milyard 14,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11 faiz artıb.

Ölkə üzrə əkin sahəsinin 1 milyon 82 min hektarını və yaxud 62,2 faizini dənli və dənli paxlalı bitkilərin, 159,2 min hektarını (9,2 faiz) texniki bitkilərin, 149,6 min hektarını (8,6 faiz) kartof, tərəvəz və bostan bitkilərinin, 347,2 min hektarını (20 faiz) yemlik bitkilərin əkin sahələri təşkil edib.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və avqust ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 97,8 faizi, yaxud 1 milyon 27,3 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 995,3 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 29,2 sentner təşkil edib.

Yığım başlanandan sahələrdən 534,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çox kartof, 925,7 min ton (15,6 faiz çox) tərəvəz, 308,1 min ton (1,1 faiz az) bostan məhsulları, 207,4 min ton (2,7 faiz çox) meyvə və giləmeyvə, 4,2 min ton (2,1 faiz çox) üzüm, 535,2 ton (20,5 faiz çox) yaşıl çay yarpağı, 1,8 min ton (keçən illə eyni səviyyədə) günəbaxan, 2,1 min ton (5,7 faiz çox) tütün yığılıb.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 280,8 min ton, süd istehsalı 1,2 faiz artaraq 1 milyon 199,4 min ton, yumurta istehsalı 0,7 faiz artaraq 1 milyard 22,4 milyon ədəd, yun istehsalı isə 1,4 faiz azalaraq 14,7 min ton olub. Bundan başqa, ölkədə 514 ton (keçən il 245 ton) barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir .

DİGƏR XƏBƏRLƏR

Top