Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon söhbəti zamanı ikitərəfli əlaqələrin gündəliyində olan aktual mövzuları müzakirə ediblər.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, telefon söhbəti zamanı ikitərəfli gündəliyin bir sıra aktual mövzuları, habelə ümumi inteqrasiya birliklərində, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Məlumata əsasən, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top